Tikilməkdə olan avtoparkda baş vermiş qəzada ölənlər var Tikilməkdə olan avtoparkda baş vermiş qəzada ölənlər var

Bakıda böyük faciə

Tikilməkdə olan avtoparkda baş vermiş qəzada ölənlər var




Bakının Xətai rayonu ərazisində tikilən avtoparkda faciə olub. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Nobel prospekti 15 ünvanında tikilən avtoparkda baş vermiş hadisə zamanı ölənlər və yaralananların olduğu bildirilir.
Hadisə yerinə prokurorluq əməkdaşları çıxıblar.

***

Xətai rayon Polis İdarəsindən Trend-ə bildirilib ki, ilkin məlumata görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Ölənlərlə bağlı məlumat verilmir.

RPİ-dən bildirilib ki, hadisə Nobel prospekti, 15 ünvanında qeydə alınıb.