Azərbaycan Silahlı Qüvvələrinin texnika parkına daxil olan zirehli nəqliyyat vasitələrinin əhəmiyyətli hissəsi 2020-ci ilədək yenilənəcək. Azərbaycan Silahlı Qüvvələrinin texnika parkına daxil olan zirehli nəqliyyat vasitələrinin əhəmiyyətli hissəsi 2020-ci ilədək yenilənəcək.

Zirehli nəqliyyatımız yenilənəcək

Azərbaycan Silahlı Qüvvələrinin texnika parkına daxil olan zirehli nəqliyyat vasitələrinin əhəmiyyətli hissəsi 2020-ci ilədək yenilənəcək.


Bu proses Silahlı Qüvvələrin modernləşdirilməsi proqramları çərçivəsində aparılacaq.

Yenilənmənin əsasən yerli istehsal və digər ölkələrdən (qeyri-postsovet) alınmalar hesabına həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələdə Zirehli Kəşfiyyat Desant Maşını (BRDM) tipli kəşfiyyat maşınlarının, habelə ordunun silahlanmasında yer alan BTR-60 və BTR-70 tipli zirehli transportyorlar müasir və qoruma səviyyəsi yüksək olan texnikalarla əvəzlənəcək.

Artıq seçimin birinci mərhələsində Türkiyə istehsalı olan "Cobra" tipli zirehli nəqliyyat vasitələrinə önəm verilib. Bu nəqliyyat vasitələri Azərbaycan mühitində sınaqlar zamanı minaya qarşı qoruması, manevrliliyi baxımından özünü doğruldub.

Texnika parkının yenilənməsi proqramı çərçivəsində Türkiyədən gələcəkdə əlavə sayda "Cobra"ların, habelə digər modellərdə təkərli nəqliyyat vasitələri və döyüş maşınlarının alınması nəzərdə tutulur. Bununla yanaşı, Azərbaycan tərəfi Türkiyə firmalarının istehsalı olan "Arma", "Pars" və "Əjdər" tipli zirehli maşınlara da marağını ifadə edib.

Paralel olaraq Türkiyə firmaları və CAR-ın "Paramount Group" şirkəti ilə ölkə daxilində hərbi nəqliyyat vasitələrinin istehsalının qurulması, mövcud istehsal həcminin artırılması da nəzərdə tutulur.

AzNews.az