İcra başçısının həyətindəki yardımçı tikililərdən biri və bir maşın, motosikl yandırıldı İcra başçısının həyətindəki yardımçı tikililərdən biri və bir maşın, motosikl yandırıldı

İsmayıllıda “İstefa“ şüarı- SON DƏQİQƏ

İcra başçısının həyətindəki yardımçı tikililərdən biri və bir maşın, motosikl yandırıldı



Bu saatalarda İsmayıllı rayonunda gərginlik davam edir.
Icra başçısı Nizami Ələkbərovun evinin qarşısında toplan əhali "İstefa" şüarları səsləndirirlər.

Başqa xəbərlərə görə, artıq icra başçısının həyətindəki yardımçı tikililərdən biri və bir maşın, motosikl yandırılıb. İsmayıllılar icra başçısının oğlunun qannusuz əməllərindən və yerli camaatı təhqir etməsindən sonra güzəştə getməyəcəklərini, başçının istefasına nail olana qədər davam edəcəklərini bildiriblər. Polisin etirazçı kütləni sakitləşdirməyə çalışdığı deyilir.

Əraziyə yanğınsöndürmə qüvvələri də cəlb edilib.


Dəqiqləşdirilməmiş məlumatlara görə, hadisə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu və icra başçısı Nizami Ələkbərovun oğlunun yerli əhalidən olan bir neçə gənclə münaqişəsi nəticəsində yaranıb və böyüyüb.


AzNews.az