Aksiyada qulağı sındırılan məmur kimdir?


Xəbər verdiyimiz kimi yanvarın 19-da "Binə" ticarət mərkəzində baş verən aksiyada DİN-ə məxsus 11 xidməti avtomobilə ziyan vurulub, müxtəlif dərəcəli bədən xəsarətləri yetirilmiş 19 polis əməkdaşından 6-sı stasionar, 13-ü isə ambulator müalicə alıb. AzNews.az-a daxil olan məlumata görə, xəsarət alanlardan biri də
Yasamal Rayon Polis İdarəsinin rəis müavini Cavid Vidadi oğlu Muradovdur. Xəbərə görə, onun qulağı sındırılıb.

Cavid Muradov "Azərilmə" MMC-nin direktoru, "Azərbaycan xalçaları" jurnalının baş redaktoru, professor Vidadi Muradovun oğludur.

Məlumat üçün bildirək ki, yanvarın 19-da paytaxtın Qaradağ rayonu ərazisindəki "Binə" Ticarət Mərkəzində fəaliyyət göstərən bir qrup şəxs mərkəzin rəhbərliyi tərəfindən əlavə ödənişlərin tətbiqinə etiraz olaraq aksiya keçirilib. Fakt üzrə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə 10 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 30 aksiyaçı barəsində inzibati tənbeh tətbiq edilib.

Azər Əli
AzNews.az