Biləsuvar rayonu, Xırmandalı kəndində və Bərdə rayonunda yanğın hadisəsi baş verib. Biləsuvar rayonu, Xırmandalı kəndində və Bərdə rayonunda yanğın hadisəsi baş verib.

Biləsuvarda və Bərdədə yanğın - 9 ton ot kül oldu

Biləsuvar rayonu, Xırmandalı kəndində və Bərdə rayonunda yanğın hadisəsi baş verib.

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, Biləsuvar rayonu, Xırmandalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 m² olan tövlənin içərisinə yığılmış 3 ton ot bağlamasının 500 kq. yanıb.

Tövlə və ot bağlamasını qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11.40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bərdə rayonunda da vətəndaşa məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə yığılmış 20 ton ot bağlamasının 6 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tiklilər yanğından mühafizə olunmuşdur. Yanğın saat 12.37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.