Paytaxtın Sabunçu rayonu Bilgəh qəsəbəsində quldurluq hadisəsi baş verib. Paytaxtın Sabunçu rayonu Bilgəh qəsəbəsində quldurluq hadisəsi baş verib.

53 yaşlı satıcını pul vermədiyinə görə bıçaqladılar - Video

Paytaxtın Sabunçu rayonu Bilgəh qəsəbəsində quldurluq hadisəsi baş verib.

ARB TV xəbər verir ki, iki nəfər naməlum şəxs mağazaya daxil olaraq, satıcı 53 yaşlı Hacıbaba Məmmədovdan pul tələb ediblər.

Satıcı kassada pulun olmadığını deyəndə quldurlardan biri ona bıçaqla çoxsaylı zərbələr endirib. Cinayətkarlar məkanı tərk etdikdən sonra yaralı təcili tibbi yardıma zəng edib. Xəstəxanaya çatdırılan Hacıbaba Məmmədova lazımi tibbi yardım göstərilib, vəziyyəti ağırdır.

Hadisə barədə 14-cü Polis bölməsinə məlumat verilib. Polis əməkdaşları mağazaya baxış keçiriblər.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

AzNews.az