Sabiq rektorun sözçüsü, Mahir Abdullayevin oğurlanması işi ilə bağlı jurnalist təhqiqatı aparan blogger Elnur Məcidli “Yeni Müsavat”a açıqlamasında bildirib ki, onlar da İsmayıllı hadisələrini diqqətlə izləyirlər. Sabiq rektorun sözçüsü, Mahir Abdullayevin oğurlanması işi ilə bağlı jurnalist təhqiqatı aparan blogger Elnur Məcidli “Yeni Müsavat”a açıqlamasında bildirib ki, onlar da İsmayıllı hadisələrini diqqətlə izləyirlər.

Elşad Abdullayev daha bir video yayacaq

Sabiq rektorun sözçüsü, Mahir Abdullayevin oğurlanması işi ilə bağlı jurnalist təhqiqatı aparan blogger Elnur Məcidli “Yeni Müsavat”a açıqlamasında bildirib ki, onlar da İsmayıllı hadisələrini diqqətlə izləyirlər.




Onun sözlərinə görə, baş verən son olaylara görə E.Abdullayevin videoları, Mahir Abdullayevin oğurlanması hadisəsi nisbətən arxa plana keçə bilər. E.Məcidli deyib ki, əvvəl onların göndərdiyi xəbərlər ilk 10 xəbərin sırasında birinci idisə, indi üçüncü sıraya düşüb.

Blogger baş verən hər yeni hadisəyə baxmayaraq insanların E.Abdullayevdən gələn hər yeni xəbəri səbirsizliklə gözlədiyini vurğuladı: "Biz də bu zəngin gündəmə öz töhfəmizi vermək istəyirik".

E.Məcidli ictimaiyyətə təqdim edəcəkləri növbəti video barədə də danışdı. Dedi ki, bu, Arzu Kazımovun havadarlarından biri olan Rövşanə Əliyeva ilə bağlıdır. Onun sözlərinə görə, yeni videoda R.Əliyeva M.Abdullayevin oğurluq işi ilə bağlı yeni detallar barədə danışır: "Bizim yaydığımız hər yeni video istintaqın addımlarına adekvatdır. Hazırda Arzu Kazımovun 3 aylıq həbs müddəti bitmək üzrədir, onu azadlığa buraxmaq istəyirlər. Biz bu videoları ortaya qoymaqla istintaqa və ictimaiyyətə bir daha gerçəkləri xatırladırıq. Növbəti video Rövşanə Əliyeva ilə bağlı olacaq və orada adam oğurluğunun digər detalları da üzə çıxacaq".

Bu arada E.Məcidli Sevinc Babayevanın oğlu Ayxan Məmmədovun həbs təhlükəsini də real sayır. Onun sözlərinə görə, A.Məmmədov həqiqəti danışdığı üçün onu cəzalandırmaq istəyə bilərlər: "Anasını itirmiş insan kimi bəzən emosionallığa qapılıb nəsə deyə bilər. Amma indiki situasiyada ehtiyatlı olmaq lazımdır. Hesab edirik ki, o, özünə vəkil tutmalıdır. Çünki bu hakimiyyətdən nə desən gözləmək mümkündür".

E.Məcidli A.Kazımovun vəkili Ramiz Zeynalovun E.Abdullayev barədə dediklərini isə "sərsəmlik" adlandırdı: "Elşad müəllim düşünür ki, bu adam şeytana vəkillik edir. Kimliyi və neçə dəfə dələduzluğa görə həbsdə olması hamıya məlumdur. Biz onu öz videolarımızla ifşa edəcəyik. Elşad müəllim deyir ki, "mənim canım da, pulum da, hər şeyim də qardaşıma qurbandı. Belə sarsaqlayan adamlar isə qanun və fakt qarşısında cavab verəcəklər".
"Anama başdaşı düzəldirəm, bunlar da deyir ki..."

AzNews.az