7-ci sinif şagirdi döyülərək öldürüldü - Yenilənib 2

Bərdədə yeniyetmənin qətlinin təfərrüatları məlum olub.

APA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, öldürülən H. Mirzəməmmədovun atası İsmət Mirzəməmmədov bildirib ki, oğlu küt alətlə başından vurularaq öldürülüb və su kanalına atılıb.

Məlum olub ki, qətlə yetirilmiş şəxs 7-ci sinif şagirdidir. Ağdaş rayonunun Aral-1 kəndində müvəqqəti məskunlaşmış kəlbəcərli məcburi köçkün, 2003-cü il təvəllüdlü H. Mirzəməmmədov Bərdədə çobanlıq edirmiş. Hadisə H. Mirzəməmmədov otlaq sahəsində heyvanları otararkən baş verib.

***

17:59

Hadisə yerindən qaçan T. Mustafalı polis tərəfindən yaxalanaraq istintaqa cəlb edilib.

Bu barədə Bərdə rayon Polis Şöbəsindən APA-ya bildiriblər.

T. Mustafalı ilkin ifadəsində yeniyetməni otlaq sahəsinə görə yaranan münaqişə zəminində öldürdüyünü deyib.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda cinayət işi açılıb.

***

17:38

Bərdə rayonunda qətl hadisəsi baş verib.

“Report”un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Şorkanal ərazisində baş verib.

Belə ki, Kəlbəcər rayonundan məcburi köçkün olan 2003-cü il təvəllüdlü Həsrət Sabir oğlu Mirzəməmmədov naməlum şəxs tərəfindən döyülürək öldürülüb.

Qeyd edək ki, ailə həmin ərazidə təsərrüfat işləri ilə məşğul olurmuş. Yeniyetmə də orada mal-qara otarırmış.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

AzNews.az