Türkiyə təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin ehtimallar

Qırğızıstan Nəqliyyat Nazirliyi Türk Hava Yollarına məxsus Boeing 747 təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin ehtimalları açıqlayıb.

AzNews.az xəbər verir ki, bu gün səhər saatlarında Qırğızıstanın paytaxtı Bişkekin Manas hava limanı yaxınlığında qəzaya düşən Türk Hava Yollarına məxsus Boeing 747 təyyarəsi uçuş zolağının üzərindən keçərək, gövdəsi ilə hasara ilişib hava limanının yaxınlığındakı qəsəbənin üzərinə düşüb.

Qırğızıstan Ali Şurasının üzvü Marat Amankulov bəyan edib ki, həlak olanlar barədə dəqiq məlumat hələ ki yoxdur.