Bakıda axtarışda olan oğru saxlanılıb. Bakıda axtarışda olan oğru saxlanılıb.

“Aldatmışam ki, pul yoxdur” - Bankomatdan 6 nəfərin pulunu oğurladı (Video + Foto)

Bakıda axtarışda olan oğru saxlanılıb.

ARB TV xəbər verir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il yanvarın 29-dan dekabrın 30-na kimi olan müddətdə Bakı şəhər sakinləri olan 6 nəfərin ümumilikdə 3300 manat pulunu dələduzluq yolu ilə almaqda, habelə 1 nəfərin bankomat kartından 500 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini Mübariz Quliyev tutulub.

Mübariz Quliyev - Saxlanılan Şəxs: "Xətai rayonu ərazisində olub. Vətəndaşlara məxsus ərazidən pul çıxarmışam. Yaxınlaşıb deyirdim ki, kömək edim və ya özləri köməklik istəyirdi. Kartı salıb demişəm ki, pul yoxdur, vətəndaş gedəndən sonra götürmüşəm".

Faktla bağlı başlanan cinayət işi üzrə araşdırmalar davam etdirilir.

AzNews.az