Bakıda iki nəfər hündürmərtəbəli binadan yıxılıb. Bakıda iki nəfər hündürmərtəbəli binadan yıxılıb.

İki nəfər binadan yıxıldı - Onlardan biri öldü

Bakıda iki nəfər hündürmərtəbəli binadan yıxılıb.

“Report”un xəbərinə görə, hadisələrdən biri paytaxtın Yasamal, digəri Nizami rayonunda baş verib.

Məlumata görə, Yasamal rayonu Zərdabi küçəsi 41-də “Avesta” şirkətinin inşa etdiyi yeni tikilidə Beyləqan rayon sakini 1986-ci il təvəllüdlü Amil Nəbiyev pilləkəndən yıxılıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Sumqayıt şəhər sakini 1981-ci il təvəllüdlü Samir Alxasov isə paytaxtın Nizami rayonu, C.Naxcivanski küçəsində yerləşən binanın 5-ci mərtəbəsinin giriş pəncərəsindən yerə yıxılıb.

Xəstəxanaya yerləşdirilən S.Alxasov orada dünyasını dəyişib.

Hüquq-mühafizə orqanları hər iki faktla bağlı araşdırma aparır.