“Sovetski”də baş verən yanğında bir qadın ölüb, biri tüstüdən zəhərlənib - Yenilənib

Bakıda yaşayış binasında baş verən yanğında bir nəfər ölüb.

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, Yasamal rayonunda üçmərtəbəli yaşayış binasının ikinci və üçüncü mərtəbələr arası döşəmədə yanğın baş verib. Yanğının söndürülməsi zamanı binadan 3 nəfər xilas olunub. Hal-hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

***

AzNews.az Apa-ya istinadən xəbər verir ki, ölən şəxs yanğın baş verən mənzillərdən birinin sakini, 1969-cu il təvəllüdlü Liliya Mixaylovna Xazibovadır.

Qeyd edək ki, yanğın zamanı tüstüdən zəhərlənən başqa bir qadına - 1935-ci il təvəllüdlü Raisa Abutalıbovaya təcilli tibbi yardım briqadasının həkimləri tibbi yardım göstəriblər. Qadının vəziyyəti sabitləşib.

Yanğın hadisəsi Yasamal rayonu, Həzi Aslanov küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında qeydə alınıb. Yanğın binadakı mənzillərdən ikisini əhatə edib. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.