Avtomobildən oğurluq edən qadın və dostu saxlanıldı - Foto

Paytaxtda 2 nəfər içində pul və sənədlər olan çantanı oğurlayıblar.

ARB TV xəbər verir ki, Bakı şəhər sakini Səbuhi Əhmədov polisə müraciət edərək fevralın 1-də Nərimanov rayonunun ərazisində ona məxsus “Hyundai” markalı avtomobildən içərisində 134.000 rus rublu və sənədlər olan çantaların naməlum şəraitdə oğurlandığını bildirib.

Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsi və Binəqədi RPİ 6-cı PB əməkdaşlarınınhəyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Orxan Xəlilov və Qusar rayon sakini Liza Hacıxanova saxlanılıblar.

İlkin ifadələri zamanı saxlanılan şəxslər törətdikləri cinayətləri etiraf ediblər.

Orxan Xəlilov - Saxlanılan şəxs: "Maşına fənərlə baxmışam ki, içində çanta var. "Sveça" ilə maşının aynasını qırıb çantaları götürmüşəm. İçindən rus pulu və sənəflər çıxdı. Sənədləri tulladım, pulları götürdüm".

Liza Hacıxanova - Saxlanılan şəxs: "Əlində 2 dənə qadın çantası var idi. Çantaları götürdüm mənə dedi ki, tez aradan çıxaq. Mən də şübhələndim. Binanın blokuna girdim.Çantanı yerə qoydum. Mənə dedi ki, sən qırağa dur, mənlikdi hər şey".

Faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

AzNews.az