Tanınmış aşıq faciəli şəkildə öldü - AUDİO

Şirvan aşıq sənətinin ən tanınmış simalarından olan Aşıq İslam Rzaoğlu bu gün avtomobil qəzasında həyatını itirib.
Məlumata görə, yanvarın 30-da, gecə saat 03:00 radələrində Bakıda keçirilən məclislərin birindən çıxan Aşıq İslam yaşadığı Qobustan qəsəbəsinə gedərkən Sədərək Ticarət Mərkəzinin yaxınlığında idarəetməni itirib və şəxsi "Mersedes" avtomobili yol kənarındakı dəmir dirəkləri qıraraq yolun kənarına aşıb.

Hadisə baş verən vaxt Aşıq İslamın avtomobildə tək olduğu bildirilir. İlkin ehtimala görə, qəzaya səbəb Aşıq İslamın yorğun olması və sükan arxasında yatması olub.

Aşıq İslam 1977-ci ildə Şirvanın məşhur aşıqlarından olan Aşıq Rza Qobustanlının ailəsində dünyaya göz açmışdı. Uşaq yaşlarından aşıq kimi tanınan İslam bir çox müsabiqələrin qalibi olmuşdu.

Allah rəhmət eləsin!

Azər
AzNews.az


Aşıq İslamın və atası Aşıq Rza Qobustanlının səs yazısını təqdim edirik: