Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” trestində ağır faciə baş verib. Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” trestində ağır faciə baş verib.

SOCAR-da daha bir faciə - Fəhlə körpüdən yıxılıb öldü + Yenilənib

Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” trestində ağır faciə baş verib.

AzNews.az xəbər verir ki, qurumun elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 5-ci dərəcəli elektrik montyoru Ramil Vahid oglu Yusifov fevralın 22-də dünyasını dəyişib.

Neftçilərin hüquqlarının müdafiə komitəsinin sədri Miravi Qəhrəmanlının sözlərinə görə, Ramil Yusifov Neft Daşlarında 31 saylı elektrik paylayıcı qurğudan yataqxananın “B” korpusuna kabel xəttinin çəkilişi zamanı kabel körpüsündən yıxılıb:

“O, aldığı xəsarətdən keçinib.”

10:09

***

SOCAR “Neftqaztikinti” trestində baş verən ağır faciə ilə bağlı məlumat yayıb.

AzNews.az xəbər verir ki, məlumata görə, fevralın 22-də saat 16.00 radələrində “Neftqaztikinti” trestinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 5-ci dərəcəli elektrik montyoru Ramil Vahid oglu Yusifov Neft Daşlarında 31 saylı elektrik paylayıcı qurğudan yataqxananın “B” korpusuna kabel xəttinin çəkilişi zamanı kabel körpüsündən yıxılmış, aldığı xəsarətdən keçinib.Onun meyiti helikopter vasitəsilə sahilə yola salınıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Bahar RÜSTƏMLİ

AzNews.az