Bakıda gənc oğlan nişanlısını boğazından bıçaqlayaraq qətlə yetirib. Bakıda gənc oğlan nişanlısını boğazından bıçaqlayaraq qətlə yetirib.

31 yaşlı oğlan nişanlısını öldürdü - Yenilənib

Bakıda gənc oğlan nişanlısını boğazından bıçaqlayaraq qətlə yetirib.

"Report"un məlumatına görə, hadisə Xəzər rayonu Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, Binə qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü Ağayeva İlahə Dəyanət qızı nişanlısı Nəcəf Məcidova üzüyü geri qaytarmağı barədə xəbər göndərib. Səbəb oğlanın tüfeyli həyat keçirməsi olub. Bundan sonra N.Məcidov tələb edib ki, keçmiş nişanlısı onunla görüşsün. Qız bunu qəbul etmədikdə, oğlan onun evinə gedərək boğaz nahiyəsinə bıçaqla bir neçə zərbə vurub. Hadisənin qarşısını almaq istəyən İ.Ağayevanın bacısı 1997-ci il təvəllüdlü Rəhimə Ağayeva isə bədən nahiyəsindən iki bıçaq zərbəsi alıb.

Nəticədə İ.Ağayeva hadisə yerində ölüb. R.Ağayeva isə xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağırdır.

N.Məcidov saxlanılıb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

***

10:15

Bakıda daha bir qətl törədilib.

Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Nəcəf Ramiz oğlu Məcidov nişanlısı, 1991-ci il təvəllüdlü İlahə Dəyanət qızı Ağayevanı və onu bacısı, 1997-ci il təvəllüdlü Rəhimə Dəyanət qızı Ağayevanı bıçaqlayıb.

Nəticədə İ. Ağayeva aldığı xəsarətdən dünyasını dəyişib. R. Ağayeva isə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən N. Məcidov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az