Ağdamda qadın həyat yoldaşının ikinci arvadı və öz qızı tərəfindən döyülüb. Ağdamda qadın həyat yoldaşının ikinci arvadı və öz qızı tərəfindən döyülüb.

Ərinin ikinci arvadı və öz qızı tərəfindən döyüldü

Ağdamda qadın həyat yoldaşının ikinci arvadı və öz qızı tərəfindən döyülüb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə köçkünlər üçün salınmış “Dördyol-1” qəsəbəsində baş verib. Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılan qəsəbə sakini 1976-cı il təvəllüdlü Məmmədova İlhamə Mehman qızı həyat yoldaşının ikinci arvadı və öz qızı tərəfindən döyüldüyünü bildirib. Xəstəxanadan verilən məlumata görə, İ. Məmmədovaya qapalı kəllə-beyin travması diaqnozu qoyulub həyati təhlükəsi yoxdur.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma başlanıb.

AzNews.az