- Köhnə - Hadisə
- 5 Fevral 2013 10:47
- 1 727
Ermənilər ordumuzun əsgərini yaralayıb
Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb
Hadisə cəbhənin Ağdam istiqamətində qeydə alınıb.
Ordumuzun əsgəri, 20 yaşlı Şahmar Şahlar oğlu Daşdəmirov düşmən gülləsinə tuş gəlib. Nəticədə güllə yarası alan əsgər hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya faktı təsdiqləyib.
AzNews.az