Xızı rayonunda 7-ci sinif şagirdinin intiharın bəzi təfərrüatları məlum olub. Xızı rayonunda 7-ci sinif şagirdinin intiharın bəzi təfərrüatları məlum olub.

7-ci sinif şagirdinin intihar təfərrüatları: "Heç kəsin ağlına gəlməzdi ki..."

Xızı rayonunda 7-ci sinif şagirdinin intiharın bəzi təfərrüatları məlum olub.

Rayonun Cabir Novruz adına Stalçay kənd məktəbinin direktoru Fəxrəddin Dosməmmədov AzNews.az-a açıqlamasında bildirib ki, Rüfət Bayramov dərsə davamiyyəti qaydasında olan bir şagird olub:

“İntihar məktəblə bağlı deyil. O, çox yaxşı şagird idi, dərslərini də əla oxuyurdu. Heç kəsin ağlına gəlməzdi belə bir şagird özünü asa."

Fəxrəddin Dosməmmədov qeyd edib ki, Rüfət Bayramovun ailə problemləri olub: “Anası ilə atası ayrılmışdı. Onlar nənəsi ilə yaşayırdılar. Qardaşı ilə həyətdə oynayıb. Qəfildən dönüb tövləyə gedib və özünü asıb.”

Xızı rayonunda intihar hadisəsi baş verib. Rayonun Stalçay kənd sakini, 7-ci sinif şagirdi Rüfət Bayramov özünü asaraq intihar edib.

Bahar RÜSTƏMLİ

AzNews.az