Ər 51 yaşlı arvadını baltaladı - Azərbaycanda (Foto + Yenilənib)

Ucar rayonunda ər arvadını baltalayıb.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Qaracallı kəndi ərazisində baş verib.

Belə ki, rayonun Bağbanlı kənd sakini 1956-cı il təvəllüdlü Məhərrəm Mahmudov ailə münaqişəsi zəmnində arvadı 1966-cı il təvəllüdlü Şamama Mahmudovanın bel və baş nayihələrinə balta ilə bir neçə zərbə vurub.

11:42

***

Əraziyə Ucar rayon təcili yardım briqadası çağırılıb. Yaralı Ş.Mahmudova Ucar Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Xəstəxananın şöbə müdiri Cavanşır Vəzirov "Report"un yerli bürosuna bildirib ki, yaralının vəziyyəti ağırdır.

Hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirib.

Hadisəni törədən M.Mahmudov polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

AzNews.az

image description image description