Ötən gün 3 yol qəzası: 5 ölü, 4 yaralı

Daxili İşlər Nazirliyi ötən gün ərzində respublikanın avtomobil yollarında baş verən yol-nəqliyyat hadisələrinin sayını açıqlayıb.

AzNews.az Nazirliyə istinadən xəbər verir ki, ötən gün respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Baş verən hadisələr nəticədə 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb.