Bakıda ağır yol qəzası - Sürücülərdən biri öldü

Bakı şəhəri, Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

AzNews.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda “MERCEDES” və “VAZ” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “VAZ” markalı avtomobildə sıxılan vəziyyətdə qalan sürücü 1992-ci il təvəllüdlü Əliyev Fərid Möhübbət oğlunun meyitini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 12:04-də başa çatıb.