Lənkəran şəhərində marketə edilən basqının görüntüləri yayılıb. Lənkəran şəhərində marketə edilən basqının görüntüləri yayılıb.

Lənkəranda marketə basqın edildi - Yenilənib

Lənkəran şəhərində marketə edilən basqının görüntüləri yayılıb.

AzNews.az Report.az-a istinadən xəbər verir ki, marketə müştəri qismində daxil olan şəxs kassirə yaxınlaşıb və ona hədə-qorxu gələrək kassadakı pulları götürüb.

Həmin videogörüntüləri təqdim edir.

***

15:13

Lənkəran şəhərində marketə basqın olub.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə şəhərin Mirzə Məhəmmədhüseyn Axund küçəsində, 5 saylı tam orta məktəbin qarşısında günorta saatlarında baş verib.

Mağaza sahibinin bildirdiyinə görə, hadisə təhlükəsizlik kamerasına da qeyd olunub.

Belə ki, dünən səhər saatlarında Qəzənfər Məhərrəmova məxsus gündəlik təlabat malları satılan marketə daxil olan şəxs satıcıdan siqaret istəyib. Məhəllə sakini olan, əvvəllər məhkumluq həyatı yaşayan Nicat adlı şəxs isə kassaya yaxınlaşaraq özü ilə gətirdiyi bıçaqla kassada oturan işçini təhdid edib və ona təzyiq göstərib. Sonra kassada olan 550 manat məbləğində pulu götqrərək, oradan uzaqlaşıb.

Hadisə ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinin növbətçi hissəsinə məlumat verilib.

Yaradılan əməliyyat- istintaq qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində marketə basqın edən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az