- Köhnə - Hadisə
- 22 May 2017 16:47
- 8 026
“Baku” restoranında faciə - Dönərçini elektrik cərəyanı vurdu
Mingəçevir şəhərində dönərçini elektrik cərəyanı vuraraq öldürüb.
"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin "Sahil parkı" ərazisində yerləşən "Baku" restoranında qeydə alınıb.
Belə ki, restoranda dönərçi işləyən Yevlax rayonunun Aran qəsəbəsinin sakini, 1986-cı il təvəllüdlü Anar Rəhim oğlu Həsənlini elektrik cərəyanı vurub.
İlkin məlumata görə, hadisə elektrik enerjisi ilə çalışan dönər aparatının nasaz olması səbəbindən baş verib . O, dərhal Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, A.Həsənli ailəli olub, 3 azyaşlı uşağı var.
AzNews.az