Lənkəranda orta məktəbdə intihar hadisəsi baş verib. Lənkəranda orta məktəbdə intihar hadisəsi baş verib.

51 yaşlı kişi məktəbdə intihar etdi - Meyiti direktor tapdı + Yenilənib

Lənkəranda orta məktəbdə intihar hadisəsi baş verib.

Lent.az xəbər verir ki, Lənkəran şəhər Koroğlu küçəsi 3 ünvanında yerləşən S.Kazımbəyov adına 6 saylı məktəb-liseydə gözətçi işləyən 1966-cı il təvəllüdlü Məhərrəmov Aydın Bəycan oğlu özünü asaraq həyatına son qoyub. Onun məktəbin foyesində asılı vəziyyətdə qalmış meyitini məktəbin direktoru səhər saatlarında işə gələrkən görüb və dərhal hüquq-mühafizə orqanlarına məlumat verib.

Bildirilir ki, intihar edən A.Məhhərrəmov rayonun Mamusda kəndində yaşayırmış. 51 yaşlı gözətçinin son vaxtlar maddi sıxıntılar keçirdiyi deyilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

***

08:56

Lənkəranda intihar hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəranın Mamusda kənd sakini, 1966-cı il təvəllüdlü Aydın Bəycan oğlu Məhərrəmov özünü asıb. İlkin məlumata görə, A.Məhərrəmov gözətçi işləiyi 6 nomrəli məktəbdə intihar edib. Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

AzNews.az