Bakı-Qazax magistralında baş verən qəza nəticəsində ana və üç övladı xəsarət alıb. Bakı-Qazax magistralında baş verən qəza nəticəsində ana və üç övladı xəsarət alıb.

Goranboyda ağır yol qəzası baş verdi - Ana və övladları xəsarət aldı

Bakı-Qazax magistralında baş verən qəza nəticəsində ana və üç övladı xəsarət alıb.

AzNews.az “Report”a istinadən xəbər verir ki, hadisə yolun Goranboy rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində "VAZ-2106" markalı avtomobilin sürücüsü Xəqani Məmmədov yüngül xəsarət alıb. Onun həyat yoldaşı, 1962-ci il təvəllüdlü Nəvriyyə Məmmədova kəllə-beyin travması, övladları-2007-ci il təvəllüdlü Rauf Məmmədli, 2008-ci ildə anadan olmuş Nazim Məmmədli və 40 günlük körpə Rəsul Məmmədli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

AzNews.az