Bakıda diplomatik nümayəndəliyin avtomobili qəzaya düşüb. Bakıda diplomatik nümayəndəliyin avtomobili qəzaya düşüb.

ABŞ səfirliyinin maşını qəzaya düşdü - Bakıda

Bakıda diplomatik nümayəndəliyin avtomobili qəzaya düşüb.

APA-nın məlumatına görə, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb.

ABŞ-ın Bakıdakı səfirliyinə məxsus “Ford” markalı, 006 T 052 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhər sakini Tuncay Cəfərovun idarə etdiyi “Mercedes” markalı maşınla toqquşub.

Nəticədə xəsarət alan olmayıb. Hər iki maşına yüngül ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az