- Köhnə - Hadisə
- 28 İyun 2017 11:08
- 4 488
Masallıda zəlzələ olub
İyunun 28-də saat 09:41-də Lənkərandan 26 kilometr şimal-qərbdə Masallı ərazisində zəlzələ qeydə alınıb.
AzNews.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, zəlzələnin maqnitudası 3, dərinliyi 24 kilometr olub. Zəlzələ hiss olunmayıb.