Bakıda 7 saylı doğum evində ana ölümü baş verib. Bakıda 7 saylı doğum evində ana ölümü baş verib.

Doğum evində ana öldü

Bakıda 7 saylı doğum evində ana ölümü baş verib.

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 4-də Türanə Məmmədova Xroniki Gepoksiya diaqnozu ilə 7 saylı Doğum evinə daxil olub.

Həmin gün 12:30 Qeysəriyyə kəsiyi ilə əməliyyat aparılıb və 3 kilo 300 q çəkidə diri oğlan uşağı azad olub. Əməliyyatdan sonra ananın uşaqlığında kəskin qanaxma başlayıb. Bütün lazımi reanimasiya tədbirlər görülüb. Görülən tədbirlərə baxmayaraq zahılıq dövrünün birinci sutkasında T.Məmmədovada bioloji ölüm baş verib.

Meyitin potoloji anatomik müayinəsi təşkil edilib. Hazırda SN Doğuşayardım Komissiyası tərəfindən araşdırma aparılır. Nəticələr məlum olandan sonra açıqlama veriləcək.

AzNews.az