Saatlı rayonunda ağır yol qəzası baş verib. Saatlı rayonunda ağır yol qəzası baş verib.

Saatlıda ağır qəza - 3 yaşlı uşaq öldü

Saatlı rayonunda ağır yol qəzası baş verib.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaranuru kəndində qeydə alınıb.

Soltanabad kənd sakini, 1966-cı il təvəllüdlü Ağayev Əli Sabir oğlunun idarə etdiyi “54 BF 813” dövlət nömrə nişanlı “VAZ 2106” markalı avtomobil ağaca çırpılıb.

Hadisə nəticəsində sürücü və sərnişinlər - Soltanabad kənd sakinləri, 2006-cı il təvəllüdlü Ağayeva Bahar Əli qızı və Ağayeva Elnarə Əli qızı xəsarət alıblar. Qəza zamanı avtomobildə olan 3 yaşlı Əliyeva Fatimə Əli qızı isə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.