Biləsuvar rayonunun Əsgərabad kəndində intihara cəhd hadisəsi baş verib. Biləsuvar rayonunun Əsgərabad kəndində intihara cəhd hadisəsi baş verib.

45 yaşlı qadın özünü öldürmək istədi

Biləsuvar rayonunun Əsgərabad kəndində intihara cəhd hadisəsi baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, kənd sakini, 1972-ci il təvəllüdlü S.Kərimova həddindən artıq dərman həbi qəbul edərək, intihara cəhd edib.

Qadın "Təcili yardım" avtomobili vasitəsilə ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada qadına ilkin tibbi yardım göstərilib, mədəsi yuyulub. Hazırda vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisənin səbəbi hələlik məlum deyil.

Yaxınlarının dediyinə görə, Səbinə Kərimova İran istehsalı olan 6-ya yaxın həb qəbul edib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az