- Köhnə - Hadisə
 - 22 İyul 2017 16:22
 - 4 187
 
“VAZ-2106” oğurlandı
            Biləsuvarda oğurluq hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb. Biləsuvarın Çaylı kənd sakini Bayram Əliyevə məxsus “VAZ-2106” markalı avtomaşın naməlum şəxs tərəfindən oğurlanıb. Biləsuvar polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhər sakini Telman Rüstəmov saxlanılıb.
 
Fakt araşdırılır.
AzNews.az