- Köhnə - Hadisə
- 25 İyul 2017 22:55
- 3 543
Azərbaycana məxsus yük maşını aşdı, yolu kəsdi - Video

Rusiyanın Stavropol ərazisində, “Mineral Sular” trassının 7 kilometrliyində Azərbaycana məxsus yük maşını aşıb.
AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, “99 XN 232” nömrə nişanlı yük maşınının sürücüsü hadisə nəticəsində ciddi xəsarət almayıb.
Yol polisinin məlumatına görə, maşında plastik material daşınırmış.
Qəzaya görə “Kafkaz” federal trassında hərəkət müvəqqəti olaraq dayandırılıb.