Salyanda ağır qəza - minik avtomobili aşdı (Foto)

Salyan rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə Şirvan- Salyan yolunda qeydə alınıb.

Salyanın Xələc kənd sakini,1965-ci il təvəllüdlü Səfərov Samit Adil oğlu idarə etdiyi “90 KV 416” dövlət nömrə nişanlı “VAZ 21015” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın aşıb.

Qəza zamanı xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib

Faktla bağlı araşdırma aparılır.

image description image description image description