Bakının Yasamal rayonunda küçədə dava nəticəsində 1 nəfər ağır xəsarət alıb. Bakının Yasamal rayonunda küçədə dava nəticəsində 1 nəfər ağır xəsarət alıb.

“Dağlı məhəlləsi”ndə dava - 1 nəfər ağır yaralandı

Bakının Yasamal rayonunda küçədə dava nəticəsində 1 nəfər ağır xəsarət alıb.

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə Yunis Dağlı küçəsində qeydə alınıb.

1975-ci il təvəllüdlü Qasımov Ceyhun Zərbəli oğlu yaşadığı evin yaxınlığında küçədə iki nəfərlə əlbəyaxa dava edib. Nəticədə o, başından küt alətlə xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. O, ağır kəllə-beyin travması alıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis bölməsi tərəfindən araşdırma aparılır.