Rusiyada donuz qripindən 11 yaşlı şagird vəfat edib. Rusiya mətbuatının yazdığına görə, hadisə fevralın 17-də baş verib Rusiyada donuz qripindən 11 yaşlı şagird vəfat edib. Rusiya mətbuatının yazdığına görə, hadisə fevralın 17-də baş verib

11 yaşlı qız donuz qripindən öldü

Rusiyada donuz qripindən 11 yaşlı şagird vəfat edib. Rusiya mətbuatının yazdığına görə, hadisə fevralın 17-də baş verib



Dmitrova şəhərində 11 yaşlı Yekaterina Antonovskaya xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Vəfat etməsindən 5 gün əvvəl yüksək hərarət diaqnozu ilə xəstəxanaya yerləşdirilən şagird 4 gün reanimasiyada qalıb. Ancaq onun hərarəti 41 dərəcədən aşağı enməyib. Yekaterinanın ailəsi qızın vəfatında həkimləri günahlandırıb.

Onların bildirdiyinə görə, vaxtında müdaxilə edilsəydi və donuz qripi təhlükəsi göz önünə alınsaydı hadisə baş verməzdi. Hazırda ölüm faktının qeydə alındığı xəstəxanada karantin elan edilib.

Elnarə Əlosmanqızı
AzNews.az