Fəhlə dağıntılar altında qalaraq öldü

Masallı rayonunda bədbəxt hadisə baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Masallının Qızılavar kəndində qeydə alınıb. Kənd sakini Dilşad Şahbazovaya məxsus köhnə hamamı sökən Kolatan kənd sakini, 1980-ci il təvəllüdlü Ramil Əliyev dağıntının altında qalıb.

R.Əliyev hadisə yerində ölüb.

AzNews.az