Ağstafada 32 yaşlı kişi intihar edib. Ağstafada 32 yaşlı kişi intihar edib.

Ağstafada 32 yaşlı gəncin intihar təfərrüatları: “Toydan üç gün sonra...”

Ağstafada 32 yaşlı kişi intihar edib.

AzNews.az xəbər verir ki, hadisə rayonun Poylu kəndində baş verib. Kənd sakinlərinin verdiyi məlumata görə, Elçin Nəbiyev bundan əvvəl də intihar etmək istəyib:

“Elçin Nəbiyevin səhhətində heç bir problem olmayıb. O, ailə qurub. Lakin toydan 3 gün sonra özünün öldürmək istəyib. Həmin vaxt kənddə deyirdilər ki, həyat yoldaşı ilə aralarında söz-söhbət yayılıb. O vaxtdan sonra cütlük bir-biri ilə düz gəlmədi. Sonra onun həyat yoldaşı ilə yolları ayrıldı. Ondan bü günə kimi tək yaşayırdı. Dünən gecə isə çoxdan planlaşdırdığı intiharını həyata keçirib. Evdəkilər Elçini evdə tapmayınca şübhələniblər. Həyətə çıxanda baxıblar ki, özünü asıb”.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

Bahar RÜSTƏMLİ
AzNews.az