Ağdamda 11-ci sinif şagirdinin intiharının bəzi təfərrüatları məlum olub. Ağdamda 11-ci sinif şagirdinin intiharının bəzi təfərrüatları məlum olub.

Ağdamda 11-ci sinif şagirdi intihar edib - “Mənsur dərsdən evə gəlib…”

Ağdamda 11-ci sinif şagirdinin intiharının bəzi təfərrüatları məlum olub.

Çullu kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Mənsur Quluzadə yaşadığı evin həyətində özünü asıb:

“Onun valideynləri də məktəbdə işləyir. Anası kitabxanada, atası isə məktəbin bufetində işləyir. Onlar işdə olan vaxtlarda Mənsur dərsdən evə gəlib və ağacdan iplə özünü asıb. Mənsur dərsə davamiyyəti olan bir şagirddir. Özündən başqa bir bacısı da var. Bütün kənd şokdadır ki, bu şagird niyə özünü öldürüb”.

Qeyd edək ki, Ağdamda intihar hadisəsi baş verib. Rayonun Çullu kəndində 2001-ci il təvəllüdlü, 11-ci sinif şagirdi Mənsur Quluzadə həyətlərində özünü asaraq öldürüb.

Bahar RÜSTƏMLİ

AzNews.az