Borc üstündə qanlı dava

Sumqayıt şəhərində cinayət hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər sakini Nail Ağayarov bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya gətirilib.

Məlum olub ki, o, tanışı Saleh Mərdanovla mübahisə edib. Tanışlar arasında pul borcu üstündə mübahisə qanlı olayla nəticələnib.

Saleh Mərdanov Nail Ağayarovun bədəninin müxtəlif nahiyələrinə, eləcə də boğazına xəsarət yetirib. Cinayəti törədən şəxs hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən yaxalanıb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

AzNews.az