Bakıda avtobusun vurduğu təhlükəsiz şəhər kameralarından biri digər avtomobilin üstünə düşüb. Bakıda avtobusun vurduğu təhlükəsiz şəhər kameralarından biri digər avtomobilin üstünə düşüb.

Avtobus təhlükəsizlik kamerasına çırpıldı - Bakıda

Bakıda avtobusun vurduğu təhlükəsiz şəhər kameralarından biri digər avtomobilin üstünə düşüb.

Lent.az xəbər verir ki, hadisə Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində baş verib. “İsuzu” markalı, 90 JH 814 dövlət qeydiyyat nişanlı avtobus sürücünün ehtiyatsızlığı səbəbindən təhlükəsiz şəhər xidmətinin dirəyinə çırpılıb. Nəticədə dirəyə quraşdırılmış kamera qoparaq yolun kənarında dayanmış “Mitsubishi Pajero” markalı avtomobilin üstünə düşüb. Maşının ban hissəsinə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az