Xocalıda törədilən soyqırımı ilk lentə alan operator Seyidağa Mövsümlü dünyasını dəyişib. Musavat.com-un məlumatına görə, bunu Facebook səhifəsində politoloq Ərəstun Oruclu yazıb. Xocalıda törədilən soyqırımı ilk lentə alan operator Seyidağa Mövsümlü dünyasını dəyişib. Musavat.com-un məlumatına görə, bunu Facebook səhifəsində politoloq Ərəstun Oruclu yazıb.

Seyidağa Mövsümov vəfat etdi

Xocalıda törədilən soyqırımı ilk lentə alan operator Seyidağa Mövsümlü dünyasını dəyişib. Musavat.com-un məlumatına görə, bunu Facebook səhifəsində politoloq Ərəstun Oruclu yazıb.




Seyidağa Mövsümlü 1954-cü ildə Ucar rayonunda anadan olub. 1969-cu ildə Bakı Dəmir Yolu Texnikumuna daxil olsa da, tale elə gətirib ki, tamamilə başqa bir istiqamətə-televiziya sahəsinə gedib. Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator assistenti vəzifəsində əmək fəaliyyətinə başlayıb. Bu sahədə təhsil almaq üçün 1980-ci ildə Ümumittifaq Teleradio İnstitutuna göndərilib.

1988-ci ildə erməni separatçılarının törətdikləri cinayətləri videolentə çəkmək üçün dəfələrlə Şuşa, Laçın, Zəngilan, Naxçıvan və digər bölgələrimizdə olub. Özünün də dediyi kimi, həyatının ən ağır anları başımıza gətirilən müsibətləri lentə aldığı günlər olub.

1990-cı il yanvarın 20-də Sovet ordusu Bakıda qırğınlar törədəndə Seyidağa müəllim həyatını təhlükəyə ataraq bu dəhşətli səhnələri çəkmişdi. Qarabağda qızğın döyüşlərin getdiyi günlərdə isə o, Azərbaycanın müdafiəsinə qalxmış, könüllü olaraq cəbhəyə yollanmışdı.

1991-ci ilin son ayından atəşkəs elan olunan dövrədək müxtəlif döyüş bölgələrində olmuş, bəzən kamerası ilə o anları tarixin yaddaşına köçürmüş, bəzən isə vaxtilə Sovet İttifaqının xüsusi təyinatlı dəstəsində xidmət etmiş təcrübəli hərbçi kimi, silahdaşları ilə birlikdə hərbi əməliyyatlarda yaxından iştirak edib.

Onun ən böyük xidmətlərindən biri isə 1992-ci il fevralın 26-sı ermənilərin Xocalıda törətdiyi insanlığa sığmayan dəhşətli qətlləri lentə almasıdır.

Seyidağa Mövsümü Xocalı soyqırımını 26 fevral 1992-ci ildə ilk hərbi operator kimi lentin yaddaşına köçürüb.

AzNews.az