50-yə yaxın polis əməkdaşı jurnalistlərin yolunu kəsərək onları abidəyə yaxın buraxmayıblar 50-yə yaxın polis əməkdaşı jurnalistlərin yolunu kəsərək onları abidəyə yaxın buraxmayıblar

Polislə jurnalistlər arasında gərgin anlar

50-yə yaxın polis əməkdaşı jurnalistlərin yolunu kəsərək onları abidəyə yaxın buraxmayıblar



Bu gün Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı Xocalı prospektindəki "Ana Harayı" abidəsi ziyarət edilib. AzNews.az əməkdaşının verdiyi məlumata görə, ərazidə jurnalistlərlə polis əməkdaşları arasında qarşıdurma yaranıb.

Polislər jurnalistləri abidəyə yaxın buraxmamaqla bağlı tapşırıq aldıqlarını bildirərək mətbuat nümayəndələrinin qarşısını kəsiblər: "50-yə yaxın polis əməkdaşı Xətai metrosunun qarşısında jurnalistlərin yolunu kəsərək onları abidəyə yaxın buraxmayıblar. Jurnalistlər əraziyə ancaq rəsmi şəxslərin ziyarəti başa çatdıqdan sonra buraxılıb".

İlkin
AzNews.az