Bakıda intihara cəhd olub. Bakıda intihara cəhd olub.

Son anda xilas edildi

Bakıda intihara cəhd olub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Rayon sakini, 1983-cü il təvəllüdlü Taleh Aslanov yaşadığı binanın pilləkəninin məhəccərindən özünü asıb. Ailə üzvlərinin müdaxiləsi nəticəsində T. Aslanov son anda xilas edilib. O, xəstəxanaya yerləşdirilib.

İntihara cəhdin səbəbləri araşdırılır.

AzNews.az