Dəm qazı ailə faciəsinə səbəb oldu - Ana və iki azyaşlı övladı...

Hacıqabulda dəm qazı ailə faciəsinə səbəb olub.

APA-nın məlumatına görə, 33 yaşlı Ləman Əliyeva yaşadığı evin hamamında 3 yaşlı qızı və 2 yaşlı oğlu ilə birgə dəm qazından boğularaq ölüblər.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az