Gürcüstan prezidenti ölkəmizdə səfərdə olarkən paytaxtımıza olan heyranlığını gizlətməyib Gürcüstan prezidenti ölkəmizdə səfərdə olarkən paytaxtımıza olan heyranlığını gizlətməyib

Saakaşvili: “ Bakıda olmaq mənim üçün böyük fəxrdir“

Gürcüstan prezidenti ölkəmizdə səfərdə olarkən paytaxtımıza olan heyranlığını gizlətməyib




Doğma Bakıda olmaq mənim üçün böyük fəxrdir. Düşünürəm ki, Gürcüstanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Azərbaycanın önəmini anlaya bilər. ANS PRESS-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Gürcüstan prezidenti Mixail Saakaşvili dövlət başçısı İlham Əliyevlə görüşü zamanı bildirib.

Gürcüstan dövlət başçısı bildirib ki, Bakı nəinki regional mərkəzlərdən biridir, həm də dünyanın ən maraqlı şəhərlərindəndir.

"Düşünürəm ki, Azərbaycan Avrasiyanın mühüm dövlətlərindən və ən tanınmış ölkələrindən biri olacaq. Bakı şəhəri bunu aşkar sübut edir. Bakının nə qədər maraq doğurduğunu artıq hamı etiraf edir", - deyə Saakaşvili bildirib.

AzNews.az