Cəlilabadda evdən 5 min manatlıq qızıl oğurlanıb

Cəlilabad rayonunda evdən 5 min manatlıq qızıl əşyalar oğurlanıb.

AzNews.az Report-a istinadən xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən oğurluq edən şəxs saxlanıb.

Belə ki, Cəlilabad rayon sakini Aygün Nəzirova polisə ərizə ilə müraciət edərək kirayədə qaldığı evin pəncərəsinin sındırılaraq oradan ona məxsus qızıl-zinət əşyalarının oğurlandığını bildirib. İsti izlərlə aparılan araşdırmalar nəticəsində hadisəni törədən rayon sakini Ənvər Zamanlı şübhəli şəxs qismində saxlanılıb. Bu zaman onun oğurlayaraq gizlətdiyi ümumi dəyəri 5 min manata yaxın olan qızıl-zinət əşyaları maddi sübüt kimi götürülüb. Araşdırmaların gedişində saxlanılan şəxsin bir müddət əvvəl digər rayon sakini Əbülfət Ağakərim oğlu Hacıyevin də evinə girməklə oradan 3 min manat pul və mobil telefon oğurladığı məlum olub.

Hər iki faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.