Bakıda 1 yaşlı körpə qızı avtomobil vurub. Bakıda 1 yaşlı körpə qızı avtomobil vurub.

1 yaşlı uşağı maşın vurdu

Bakıda 1 yaşlı körpə qızı avtomobil vurub.

"Report" xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.

Belə ki, Bakı-Qazax şosesinin "Sədərək" Ticarət Mərkəzinin yaxınlığındakı ərazisində, yolun kənarında dayanan 2016-ci il təvəllüdlü Abdullayeva Ruqəyya Yasin qızını avtomobil vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Körpənin vəziyyəti ağırdır.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

AzNews.az