Bu gün axşam saatlarında Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu gün axşam saatlarında Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Qubada piyadanı maşın vuraraq öldürüb

Bu gün axşam saatlarında Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

AzNews.az Apa-ya istinadən xəbər verir ki,Qubanın mərkəzində 90 YA 078 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomaşın yolu keçmək istəyən 35-40 yaşlı piyadanı vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

Meyit tibbi ekspertizadan keçirilməsi üçün Quba Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.