- Köhnə - Hadisə
- 6 Yanvar 2018 14:23
- 4 604
Evli sevgilisi ilə əlbir olaraq keçmiş nişanlısının evini soydular - Qeyri-adi oğurluq

Türkiyənin Bursa şəhərində qeyri-adi oğurluq hadisəsi olub.
AzNews.az xəbər verir ki, 1 uşaq anası olan 28 yaşlı Ceyda keçmiş nişanlısına zəng edərək özünü pis hiss etdiyini bildirib və onun evinə getmək istədiyini deyib. Nişanlısı 28 yaşlı O.Y onun təklifini qəbul edib. Bu zaman Ceyda birlikdə olduğu 2 uşaq atası olan evli sevgilisi Büləntə zəng edərək keçmiş nişanlısı gilə getdiyini və qapını da açıq qoyacağını bildirib. Ceyda keçmiş nişanlısı ilə danışmaq üçün onu balkona çıxarır. Bu vaxt evə girən Bülənt Ceydanın dediyi yerdən 41 min manatlıq qızıl-zinət əşyalarını götürərək qaçır. Hadisədən bir neçə gün sonra Bülənt oğurladığı qızılları sataraq 2200 manatına sevgilisinə tək qaş üzük alır. Daha sonra cütlük tətilə çıxaraq pulun 27 min manatını xərcləyir. Ceydanın keçmiş nişanlısı polisə şikayət edəndən sonra sevgililər yaxalanıb. Sevgililərin üstündən 4500 manat, hesablarından isə 9000 manat çıxıb. Saxlanılan cütlük həbs edilib.